“İlk nüvə zərbəsini endirə bilərik” – Rusiyadan şok mesaj
2022-05-14 14:28:00

“Ölkənin mövcudluğu üçün real təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər”.
Bunu Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin müavini Aleksey Juravlyov deyib.
“Rusiya ilk nüvə zərbəsini endirə bilər. Bu, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa baş verəcək”, - deputat bildirib.
Juravlyov həmçinin ABŞ-a qarşı ittihamlar səsləndirərək, onun Üçüncü Dünya Müharibəsinin başlaması üçün hər şeyi etdiyini iddia edib:
“Amerikalılar nüvə silahının işə düşməsinə səbəb olmağa, bütün Avropanı Rusiya ilə müharibəyə cəlb etməyə və Asiyada aranı qatmağa çalışacaqlar”.
Teleqraf.com
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya