İlin sonuna qədər “Turkovak” peyvəndlərindən istifadə edilə bilər

2021-11-25 15:16:00

İlin sonuna qədər “Turkovak” peyvəndlərindən istifadə edilə bilər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi yeni tipli koronavrusa qarşı yerli “Turkovak” (TURKOVAC) peyvəndinin vurulmasına icazə verilməsi üçün ölkənin Dərman Vasitələri Agentliyinə müraciət edib.

Bu barədə açıqlamanı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.

Nazirin sözlərinə görə, hazırda peyvənd kliniki sınaqların üçüncü mərhələsindədir və ilin sonuna qədər sınaqlar yekunlaşacaq.

 

Hürr Tərcüman