İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

2022-09-03 21:55:00

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

O, bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.

Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanmışdı. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla Avropa çempionatını ümumilikdə 6 medalla tamamlayıb.

 

Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153384