Saat:16:05
Haqqımızda

İlham Əliyevin yüksək vəzifə verdiyi Həsən Həsənli kimdir?

2023-01-31 17:24:00

İlham Əliyevin yüksək vəzifə verdiyi Həsən Həsənli kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Həsən Həsənli elm və təhsil nazirinə müavin təyin olunub.

Hurriyyet.az Həsən Həsənlinin tərcümeyi-halını təqdim edir.

Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR