İlham Əliyevin son bəyanatı Vardanyanı açıqlama verməyə MƏCBUR ETDİ

2022-11-18 12:10:00

İlham Əliyevin son bəyanatı Vardanyanı açıqlama verməyə MƏCBUR ETDİ

"Mən Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda yaşayan ermənilərlə birbaşa dialoqa başlamaq istəyini alqışlayıram. Qarabağ erməniləri bu prosesdə subyekt olmalıdır".

Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, bunu Rusiya vətəndaşlığından imtina edərək Qarabağdakı separatçı qurumun "dövlət naziri" postuna gətirilmiş erməni milyarder Ruben Vardanyan bildirib:

"Beynəlxalq vasitəçiliklə birbaşa danışıqların yeni formatının yaradılmasını da alqışlayıram. Beynəlxalq vasitəçilər arasında Rusiya və ABŞ-la bərabər, mütləq Fransa da yer almalıdır. Çünki senatın bir neçə gün əvvəl qəbul etdiyi qətnamədə Dağlıq Qarabağın tanınması ilə bağlı bənd var. Nəzərinizə çatdırım ki, Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir.

Mən həm də təklif etmək istərdim ki, daha konstruktiv tona keçək və cənab Əliyevin fikrincə, mənim “gündəliyim”in nədən ibarət olduğuna dair aydınlıq gətirim. Mən dəfələrlə vurğulamışam ki, Qarabağ xalqının müqəddəratı ilə bağlı digər üçüncü qüvvənin maraqlarını qoruya biləcəyimlə bağlı ittihamlardan qaçmaq üçün Rusiya vətəndaşlığından imtina etmişəm. Düşünürəm ki, mən cənab Əliyevin təklif etdiyi kriteriyalara tam cavab verirəm".

Vardaryan hər iki ölkə liderini sülhə çağırıb:

"Hər iki tərəfin liderləri bütün məsuliyyəti öz üzərinə götürməli və nə qədər çətin olsa da, danışıqlar masasına əyləşib qanı dayandırmalıdırlar”, - Ruben Vardanyanın postunda deyilir.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Bakının Qarabağda yaşayan ermənilərlə danışıqlara hazır olduğunu, lakin rus xalqından oğurladığı pullarla milyardlar toplamış Vardanyan kimi insanlarla danışmaqdan imtina etdiyini bildirib.

sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.123430