Saat:18:34
Haqqımızda

"İlham Əliyevin ömürlük Azərbaycan xalqının konstitusion lideri olmasını təklif edirəm" - ZAUR MƏMMƏDOV

2021-11-08 12:48:00

"Referendum vasitəsilə tətbiq ediləcək dəyişikliklər parlamentin də yenilənməsini ehtiva etməlidir"

"Məlum olduğu kimi, region yeni tarixi mərhələyə qədəm qoyur. Hazırda Azərbaycan Avrasiyanın orta xəttində geosiyasi və geoiqtisadi nizamı dəyişən kifayət qədər ciddi addımlar atmaqdadır. Yaxın vaxtlarda London-Pekin orta xətti yeni layihələrlə yadda qalacaq. Sözsüz ki, bölgələrdə geosiyasi və geoiqtisadi inqilab eyni anda baş verməkdədir". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Politoloqun sözlərinə görə, ilk baxışdan hiss edilməsə də, son zamanlar ölkəmizə qarşı müxtəlif istiqamətlərdən edilən təzyiqlər, yeni vəziyyət və gələcəkdə veriləcək qərarlarla bağlıdır: "Öz növbəsində, Belarusda və Qazaxıstanda baş verənlər MDB məkanında Vaşinqton- Moskva arasında "siyasi alverin" növbəti mərhələsi kimi BM kitablarında həkk ediləcək. Region ətrafında baş verənlər, ölkəmizin üzləşdiyi daxili çağırışları və Vətən müharibəsindən sonra yaranan yeni vəziyyəti, cəmiyyətin bütün qatlarında prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya olan inam və etibarı nəzərə alaraq Müzəffər lider İlham Əliyevin ömürlük Azərbaycan xalqının konstitusion lideri olmasını təklif edirəm".

Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, yeni reallıqları nəzərə alaraq, Konstitusiyaya dəyişikliklər, dövlət orqanları sistemində yeni strukturun yaradılması istisna edilməməlidir: "Misal üçün, hakimiyyətin institutları sırasında ən yüksəkdə olacaq Dövlət Şurası və onun ömürlük sədri postu. Prezident və baş nazirin Konstitusiyadakı rollarında bir qədər dəyişikliklər. Referendum vasitəsilə tətbiq ediləcək dəyişikliklər parlamentin də yenilənməsini ehtiva etməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR