Saat:14:10
Haqqımızda

İLHAM ƏLİYEVİN EVİNDƏN OĞURLUQ EDİLDİ, POLİS ŞİKAYƏTƏ BAXMIR – “Daxili İşlər nazirinə, Baş prokurora da yazılı müraciət etmişəm, amma…”

2022-05-25 16:24:00

İLHAM ƏLİYEVİN EVİNDƏN OĞURLUQ EDİLDİ, POLİS ŞİKAYƏTƏ BAXMIR – “Daxili İşlər nazirinə, Baş prokurora da yazılı müraciət etmişəm, amma…”

Abşeron rayon, Masazır qəsəbəsinin sakini İlham Əliyev tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət daxil olub.

Şikayətçi bildirir ki, hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə və Abşeron rayon Polis İdarəsinə məlumat versə də, hələ də oğrular “tapılmır”.

İ.Əliyev bildirir ki, əslində, evindən oğruluq edən şəxslərin kimliyi bəllidir və hadisə baş verən zaman çəkilən video-görüntülər polisə də təqdim olunub. Buna baxmayaraq, artıq iki ilə yaxındır nə cinayətkarlar həbs olunur, nə də ona dəyən zərər ödənilir.

Şikayətçi bildirir ki, oğruluq hadisəsi ilə bağlı Daxili İşlər nazirinə, Baş prokurora yazılı müraciət etsə də, hələ də heç bir nəticəsi yoxdur. Dediyinə görə, polis açıq şəkildə onun şikayətinə baxmaqdan imtina edir.

Hurriyyet.az

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Hadisə ilə bağlı rəsmi qurumların da mövqeyini dərc etməyə çalışacağıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR