İlham Əliyevdən uşaq ölümlərinin qarşısının alınması ilə bağlı GÖSTƏRİŞ

2022-07-22 13:00:00

İlham Əliyevdən uşaq ölümlərinin qarşısının alınması ilə bağlı GÖSTƏRİŞ

Azərbaycanda uşaq ölümü üzrə müvafiq göstəricinin hər il 0,1 vahid azaldılaraq dövrün sonuna 10,5-ə düşməsi təmin ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə bildirilib ki, uşaq ölümü (5 yaşadək uşaqlar), (hər 1000 nəfər diri doğulanların ümumi sayına nisbəti 11,1-dir (2020-ci il). Uşaq ölümü üzrə müvafiq göstərici 11-dir.

Uşaqlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslaşmış tibb mərkəzlərinin və ya tibb bölmələrinin kadr potensialının, infrastruktur imkanlarının və tibbi təchizat sisteminin gücləndirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyənləşib.

Eyni zamanda dövrün sonuna uşaqların 95%-nin peyvəndlərlə əhatə olunması planlaşdırılır. Hazırda uşaqların 87%-i peyvəndlə əhatə olunub.

Əsas icraçı qurum Səhiyyə Nazirliyi, digər icraçı isə İqtisadiyyat Nazirliyidir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074508