Saat:04:07
Haqqımızda

İLHAM ƏLİYEVDƏN RƏSMİ İRƏVANA SƏRT XƏBƏRDARLIQ - "Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik"

2023-03-18 15:01:00

İLHAM ƏLİYEVDƏN RƏSMİ İRƏVANA SƏRT XƏBƏRDARLIQ -

"Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik".

Bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

"Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir.

Dövlətimizin başçısı vurğulayıb ki, erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.262180