Saat:04:26
Haqqımızda

İlham Əliyev Zelenski ilə bir arada

2023-06-01 17:57:00

İlham Əliyev Zelenski ilə bir arada

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Moldovada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib. 

Hurriyyet.az xəbər verir ki, sammitə qatılan 47 ölkənin liderləri birgə foto çəkdirib. 

Birgə foto çəkilən zaman Azərbaycan lideri İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə salamlaşma anı kameralara tuş gəlib. 

Qeyd edək ki, bu gün Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimi olub. Sammit çərçivəsində Prezident İlham Əliyev, Paşinyan, Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Almaniya kansleri Olaf Şolz arasında beştərəfli görüş planlaşdırılır. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR