İlham Əliyev Yaponiya İmperatoruna məktub göndərdi

2023-02-23 11:07:00

İlham Əliyev Yaponiya İmperatoruna məktub göndərdi

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb.

Hurriyyet.az xəbər verir ki, məktubun mətnində deyilir:

“Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.332835