İlham Əliyev Şuşada ermənilərə konkret mesaj verdi - Hərbi ekspert

2022-04-25 21:59:00

İlham Əliyev Şuşada ermənilərə konkret mesaj verdi - Hərbi ekspert

Xəbər verdiyimiz kimiErmənistanın diversiya qrupu dövlət sərhədini Zəngilan rayonu istiqamətində pozmağa cəhd edib.

Sülh danışıqlarının getdiyi bir vaxtda bu təxribatların məqsədi nədir?

Hurriyyet.az bildirir ki, məsələ ilə bağlı Bakupost.az-a polkovnik, hərbi ekspert Şair Ramaldanov açıqlama verib.

O bildirib ki, təxribatların məqsədi sülhü gecikdirməkdir:

 

 

“Ermənilər həmişə siyasi danışıqlar getdiyi zamanda təxribatlar törədiblər. Sülh danışıqları, müəyyən razılıqların əldə olunduğu bir vaxtda belə təxribata əl ataraq prosesi gecikdirməyə çalışırlar. Brüssel görüşündən sonra delimitasiya və demarkasiya məsələsində komissiyanın yaradılması ilə bağlı Ermənistan parlamentində addımlar atılır. Lakin revanşist qüvvələr, onları xaricdən dəstəkləyənlər də sülhə mane olmaq üçün aktivləşib. Sülhü gecikdirmək, vəziyyəti gərgin saxlamaq üçün atəşkəsin pozulması, sərhəddə təxribatların törədilməsinə çalışırlar. Ermənilərin sərhədə göndərdiyi diversiya qrupunun üzvlərindən bir nəfər də saxlanılıb. Eyni zamanda təxribat cəhdinin qarşısı alınıb. Bu cür təxribatlar sülhü bir qədər uzadır”.

Hərbi ekspert Prezident İlham Əliyevin Şuşada son çıxışı zamanı ermənilərə mesajı ilə bağlı da danışıb:

“Prezident İlham Əliyev Şuşada son çıxışında çox ciddi, konkret olaraq ermənilərə mesaj verdi. Söylədi ki, əgər sülh müqaviləsinin imzalanması uzanacaqsa, bizim şərtlərimiz qəbul olunmayacaqsa, o zaman Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. “Tanımamaq üçün Azərbaycanda daha çox tarixi əsaslar və faktlar var”. Əlbəttə, o zaman da başqa münasibətlər ortaya çıxacaq. Buna nail olmaq üçün Azərbaycanın güclü ordusu, daha çox imkanları var. Çünki Ermənistan elə bir gücdə deyil ki, nəsə eləsin. Onlar Rusiya faktorundan istifadə edirlər. Lakin nə orduları, nə də gücləri var. Azərbaycan Ordusunun sərhəddə olan bölmələri əməliyyat şəraitini nəzarətdə saxlayırlar. Hər hansı bir təxribatın qarşısını almağa qadirdilər”

 

Fəridə

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya