İlham Əliyev səfirə yeni vəzifə verdi
2022-12-28 13:36:00

Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayevə yeni vəzifə verilib.
Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Rəhman Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, R. Mustafayev bu ilin oktyabrında səfir təyin olunub.
qafqazinfo.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya