Saat:21:07
Haqqımızda

İlham Əliyev, Putin... - Ərdoğanın andiçməsində kimlər olacaq?

2023-05-30 16:42:00

İlham Əliyev, Putin... - Ərdoğanın andiçməsində kimlər olacaq?

Türkiyənin yenidən prezidenti seçilən AKP lideri Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin vaxtı dəqiqləşib. 

Hurriyyet.az bu barədə Modern.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən Yunus Kılıç bildirib.

Onun sözlərinə görə, Ərdoğanın inaqurasiya mərasimi bu həftənin cümə günü, yəni iyunun 2-də keçiriləcək.

AKP təmsilçisi andiçmə mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla bir sıra liderlərin dəvət olunduğunu bildirib: 

“Tədbirdə başda cənab İlham Əliyev olmaqla Qətər, Səudiyyə Ərəbistanı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin və Şimali Kipir Türk Respublikasının rəhbərləri, Avropa İttifaqının təmsilçiləri dəvət olunub”.

Türkiyəli deputat Rusiya Prezidenti Vladimir Putinin də dəvətlilər sırasında olduğunu əlavə edib:

“Rusiyadan rəsmi şəxslərin gəlməsi gözlənilir. Putinin gəlib-gəlməyəcəyi ilə bağlı bizə dəqiq məlumat verilməyib. Lakin onun dəvət olunduğunu bilirik. Qərarlar son anda verilib”.

Yunus Kılıç qeyd edib ki, Ərdoğanın iyunun 2-də yeni hökumətlə bağlı açıqlama verməsi gözlənilir.

Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu baş tutub. AKP lideri Rəcəb Tayyib Ərdoğan 52.16% səs toplayaraq ölkəni daha 5 il idarə etmək hüququ qazanıb. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR