İlham Əliyev Paşinyanla Brüsseldə bu məsələləri müzakirə edəcək

2022-08-27 12:54:00

İlham Əliyev Paşinyanla Brüsseldə bu məsələləri müzakirə edəcək

“Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq”.

Hurriyyet.az “AzərTAc”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı qeyd edib.

Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068857