Saat:01:29
Haqqımızda

"İlham Əliyev İran və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı mövqeyini daha konkret şəkildə izah etdi" - ELXAN ŞAHİNOĞLU

2022-11-25 14:52:00

"İranda yaşayan azərbaycanlıların hüquq və azadlıqları, ana dilində tədrisi təmin etməlidir, bunu etmədən İran-Azərbaycan münasibətlərinin normallaşmasını gözləmək mümkün deyil"

"Prezident İlham Əliyev bugünkü çıxışında İran və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı mövqeyini daha konkret şəkildə izah etdi. Birincisi, İranın bundan əvvəlki 3 prezidenti ilə normal işlədiyini və heç zaman münasibətlərin indiki kimi gərginləşmədiyini deyən İlham Əliyev Tehranın hədələrinə adekvat cavab veriləcəyini, sərhəddə hərbi təlimlərə hərbi təlimlərlə cavab verəcəyini bildirdi. Bununla İlham Əliyev İranın hazırkı prezidenti İbrahim Rəisinin siyasətindən narazı qaldığını və onun normal münasibətlərin üstündən xətt çəkdiyini anlatdı". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq hesab edir ki, "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir" deyən İlham Əliyev Tehranla münasibətlərin gələcək istiqamətini göstərdi: "Yəni, Tehranın Azərbaycanla münasibətlərinin normallaşdırması az olacaq, İranda yaşayan azərbaycanlıların hüquq və azadlıqları, ana dilində tədrisi təmin etməlidir. Bunu etmədən İran-Azərbaycan münasibətlərinin normallaşmasını gözləmək mümkün deyil. İndiki Tehran rejimisi isə bunların heç birini etməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR