Saat:12:48
Haqqımızda

İlham Əliyev bu tarixdə and içəcək

2024-02-10 10:10:48

İlham Əliyev bu tarixdə and içəcək

Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin nəticələri məlum olub. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı rəsmi məlumatlara əsasən namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş hazırkı dövlət başçısı İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 92.12 faizinin səsini alaraq növbəti dəfə 7 il müddətinə ölkə prezidenti seçilib. 

Hurriyyet.az bundan sonrakı proseslər barədə məlumatları təqdim edir:

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səs vermə günündən başlayaraq 10 gün müddətinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir. 

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir. Ölkə Konstitusiyasının 102-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan etməlidir. 

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. 

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.188213