Saat:09:21
Haqqımızda

İkinci şahid də öldü - "Boeing"dəki problemləri açıqlamışdı

2024-05-02 15:35:17

İkinci şahid də öldü -

"Spirit AeroSystems" şirkətinin keyfiyyət üzrə auditoru Coşua Din "Boeing 737 MAX"da istehsal qüsurlarına məhəl qoymamaqda ittiham edən ilk şəxslərdən biri olub.

Hurriyyet.az xəbər verir ki, Dinin cəmi 45 yaşı var idi və o, pnevmoniyaya səbəb olan sürətlə inkişaf edən metisillinə davamlı stafilokok infeksiyası ilə mübarizə apardıqdan sonra ölüb.

Bildirilir ki, həkimlər hətta xəstənin vəziyyətini yüngülləşdirmək üçün bədinin müəyyən hissələrinin amputasiyasını belə nəzərdən keçiriblər.

O, auditor işlədiyi şirkətin yerləşdiyi Kanzas ştatının Uiçito şəhərində yaşayıb. Ailəsinin dediyinə görə, Din sağlam və yaxşı fiziki formada olub. Onun vəziyyəti iki həftə ərzində pisləşib və tənəffüs problemi səbəbindən xəstəxanaya yerləşdirilib.

Din "Spirit AeroSystems"in səhmdarlarının iddiası üzrə işdə əsas şahid olub və özü şəxsən Federal Aviasiya Administrasiyasına şikayət edib. O, "Boeing 737 MAX"ın istehsalı zamanı "Spirit" rəhbərliyinin ciddi pozuntulara yol verdiyini iddia edib.

Auditor 2023-cü ilin aprelində işdən çıxarılıb. Bununla bağlı o, bildirib ki, işdən çıxarılmaya səbəb onun tutduğu mövqeyə görə qisasdır.

Onun ölümü təyyarələrin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edən "Boeing" işçiləri arasında ikinci belə hadisədir. "Boeing"də nasazlıqlar barədə iddialar səsləndirən Con Mitç Barnett mart ayında vəfat edib. Onun ölümü intihar kimi qiymətləndirilib. 

"Spirit AeroSystems"in sözçüsü Co Buççino Dinin ailəsinə başsağlığı verib və onun qəfil itkisini şirkət və yaxınları üçün sarsıdıcı xəbər adlandırıb. (qaynarinfo)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211873