Saat:19:51
Haqqımızda

İKİNCİ QARABAĞ SAVAŞINDA AĞIR XƏSARƏTLƏR ALAN QAZİMİZƏ ƏLİLLİK DƏRƏCƏSİ VERİLMİR

2021-09-16 17:26:00

İKİNCİ QARABAĞ SAVAŞINDA AĞIR XƏSARƏTLƏR ALAN QAZİMİZƏ ƏLİLLİK DƏRƏCƏSİ VERİLMİR

Nazirlikdən bildiriblər ki, hansı quruma müraciət edirsə-etsin, ona təyin olunan 3-cü qrup əlillik ​dərəcəsi dəyişdirilməyəcək

Sentyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında təkadamlıq aksiya keçirən ​İkinci Qarabağ müharibəsi qazisi, Sabirabadrad rayonunda anadan olan Əhmədov Rəşad Taleh oğlu “Hürriyyət”in redaksiyasına müraciət edib. Qazi ona təyin olunan əlillik dərəcəsindən narazı olduğunu bildirib.

Belə ki, müharibə zamanı aldığı ağır xəsarətlər nəticəsində bir neçə dəfə əməliyyat olunan, sol budunun sümüyü 5 sm, sağ ayağının sümüyü 9 sm, sol qolunun sümüyü 12 sm qısaldılan, hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicəsi davam etdirilən Rəşad Əhmədova 3-cü qrup əlilik dərəcəsi təyin edilib.

Onu da qeyd edək ki, qazimiz bu gün növbəti dəfə əməliyyat olunub. Sağ ayağındakı topuğun oynağı olmadığından, topuğu dəmirlər və implant vasitəsilə yenidən yığılıb.

Rəşad Əhmədovun dediyinə görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona bildiriblər ki, hansı quruma müraciət edirsə-etsin, əlillik ​ dərəcəsi ​ dəyişdirilməyəcək. Əlilik dərəcəsi ona topuğundan aldığı zədəyə görə təyin edilib, qolunun birini tamamilə itirsəydi belə, ona əlillik dərəcəsi verilməyəcəkdi. Qazimiz bunu özünə qarşı haqsızlıq sayır və dövlət başçısından, aidiyyati qurumlardan kömək istəyir. ​

Qazinin redaksiyamıza təqdim etdiyi fotoşəkillər, sənədlər vəziyyətinin həqiqətən ağır olmasını təsdiqləyir. Fiziki zədələr, qarşılaşdığı haqsızlıqlar gənc qazimizin psixoloji vəziyyətinə də mənfi təsir göstərib. Rəşad Əhmədov əsəblərini sakitləşdirmək üçün bir müddət əvvəl ​bir  gündə 14 həb qəbul etdiyini (söhbət klonazepam preparatından gedir, reseptə görə, xəstə gündə bir dəfə, yatmazdan əvvəl dərmanın ikidə birini qəbul etməli idi - red.) və ciddi zəhərlənmə ilə  təcili xəstəxanaya yerləşdirildiyini, mədəsinin, qanının yuyulduğunu bildirib.

Ümid edirik ki, dövlət başçısı və aidiyyati qurumlar Vətənin bütövlüyü uğrunda sağlamlığını qurban verən gənc qazimizin səsinə səs verəcək və onun sağlamlıq durumu ilə bağlı ​ədalətli qərar qəbul ediləcək.

Biz də öz növbəmizdə sözügedən məsələni diqqətdə saxlayacağıq.

 

​Runa

Hürriyyət.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR