İki uşaqda meymunçiçəyi aşkarlnadı
2022-07-23 13:06:00

ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzləri (CDC) uşaqlar arasında iki nəfərin meymunçiçəyinə yoluxduğunu bildirib.
Hurriyyet.az xarici mətbuata istinadən xəbər verir ki, xəstə uşaqlar müalicə olunur. Onların birlikdə yaşadıqları qohumlarından yoluxduğu güman edilir.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus bu həftə dünyada meymunçiçəyinə yoluxma hallarının sayının 14 minə çatdığını, yoluxma hallarının dünyanın 70-dən çox ölkəsində qeydə alındığını bildirib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya