İki övladı var, Bakıda doğulub, Voronejdə… – Gömrük Komitəsinin yeni sədri kimdir?
.jpg)
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Ş.Bağırovun dosyesini təqdim edirik.
Ş.Bağırov 1965-ci ildə Bakıda anadan olub.
1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsindən məzun olub.
2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlayıb.
1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlayıb, gömrük sistemində müxtəlif vəzifələrdə çalışıb və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib.
2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.
2014-ci ildə gömrük xidməti general-leytenantı rütbəsi verilib.
2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.
Ailəlidir, 2 (iki) övladı var.\\SAVAŞ
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya