İki ölkəni qarşı-qarşıya qoyan Tayvan niyə önəmlidir?

2022-08-03 09:40:00

İki ölkəni qarşı-qarşıya qoyan Tayvan niyə önəmlidir?

Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri iki dünya gücünü qarşı-qarşıya qoyub.

Hurriyyet.az xarici mediaya istinadən xəbər verir ki, “ABŞ və Çini üz-üzə qoyan Tayvanı vacib edən nədir?” sualı beynəlxalq gündəmə çevrilib.

Tayvanın ən mühüm xüsusiyyətlərindən biri iqtisadi gücüdür. Ümumi milli məhsulu 841 milyard dollar olan Tayvan texnoloji məhsullarda inanılmaz istehsal gücünə malikdir. 23 milyon əhalisi olan Tayvan gəlirinin 70 faizini ixracdan təmin edir.

Tayvanın ixracının 38,5%-ni elektron komponentlər, 34,8%-ni mikroçiplər, 13%-ni rabitə vasitələri və 8%-ni metallar təşkil edir. Dünyada mikroçiplərin üçdə ikisindən çoxunu istehsal edən Tayvan dünya iqtisadiyyatında mühüm rol oynayır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056505