Saat:04:55
Haqqımızda

İki min dollara “Boeing 727” alıb evə çevirdi - Maraqlı

2024-05-02 00:15:35

İki min dollara “Boeing 727” alıb evə çevirdi - Maraqlı

ABŞ vətəndaşı Co Ann Usserinin evi uçandan sonra o, 2 min dollara köhnə “Boeing 727” təyyarəsi alıb.

Altı aylıq intensiv təmirdən sonra təyyarə onun və uşaqlarının isti yuvasına çevrilib.

Co Ann Usseri deyir ki bir təyyarəni rahat yaşayış yerinə çevirməyə imkan varsa, niyə böyük ev tikəsən ki?!

Köhnə təyyarəni almaq ideyasını ona hava nəqliyyatı dispetçeri olan qaynı tövsiyə edib. Bundan sonra o, altı ay vaxt sərf edərək təyyarəni təmir edib və evə çevirib. Onun bu mənzili uşaqları və özü üçün əsl əyləncə məkanıdır. Təyyarəni mənzilə çevirmək üçün isə o, 50 min dollar xərc çəkdiyini deyib.

O, keçmiş prezident Donald Trampın dəbdəbəli şəxsi təyyarəsindən ilhamlanaraq, təyyarəsinə "kiçik Tramp" adını verib. \\BakuPost

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197312