İki güləşçimiz dünya çempionatının finalına YÜKSƏLDİ

2022-07-25 23:35:00

İki güləşçimiz dünya çempionatının finalına YÜKSƏLDİ

Azərbaycanın 2 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

55 kq-da Fəraim Mustafayev və 80 kq-da İsmayıl Rzayev qızıl medal uğrunda yarışacaqlar. Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, hindistanlı Surac Surac və türkiyə Alperen Berberlə üz-üzə gələcəklər..

48 kq çəki dərəcəsində yer alan Səid Xəlilov, 65 kq-dakı Əli Əlizadə və 110 kq-da çıxış edən Məzahim Mərdanov isə bürünc medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri hələlik dəqiqləşməyib.

Qeyd edək ki, dünya çempionatına iyulun 31-də yekun vurulacaq. \\Gundem.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053929