Saat:14:34
Haqqımızda

İki ev və metal qəbulu məntəqəsindən oğurluq edənlər saxlanılıblar

2025-12-04 13:00:11

İki ev və metal qəbulu məntəqəsindən oğurluq edənlər saxlanılıblar

Abşeron və Nəsimi rayonunda yerləşən iki evdə talama cinayəti qeydə alınıb. Ev sahibləri polisə müraciət edərək 4000 manat nağd pul, həmçinin 1800 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildiriblər. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinəyətində şübhəli bilinən V.İbrahimov və X.Ağayeva müəyyən edilərək saxlanılıblar. 

Sabunçu rayonunda isə metal qəbulu məntəqəsindən 4000 manat dəyərində metal qırıntılar oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 49 yaşlı E.Hüseynov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hurriyyet.az