İki alim zəhərlənərək öldürülüb – İran İsraili günahkar bilir

2022-06-15 13:09:00

İki alim zəhərlənərək öldürülüb – İran İsraili günahkar bilir

Hurriyyet.az xəbər verir ki, İran iki gənc aliminin – geoloq Kamran Ağamollayi  ilə aviasiya mühəndisi Əyyub Entezarinin ölümünə İsrailin bais olduğunu güman edir. Bu barədə “Nyu York Tayms” nəşrində məqalə dərc edilib.Hadisə Tehranın öznüvəsilahını yaratması üçün fəaliyyəti fonunda baş verib. Bundan əvvəl də İranın Müdafiə Nazirliyinin bir alimi və iki hərbi zabiti müxtəlif səbəblərdən vəfat etmişdilər.

“Nyu York Tayms” yazır ki, bir neçə həftə bundan əvvəl dünyalarını dəyişmiş geoloq Kamran Ağamollayi  ilə hərbi tədqiqat mərkəzində çalışan aviasiya mühəndisi Əyyub Entezari “gənc, sağlam və idmançı” idilər, lakin mayın axırlarında qəflətən “xəstələndilər”. Hər ikisi müxtəlif şəhərlərdə xəstəxanalara düşüblər, onlar intensiv müalicə şöbələrinə yerləşdiriliblər. Əvvəlcə biri, bir neçə gün sonra isə digəri vəfat edib.

Qəzetə məlumat verən mənbələr – iranlı məmurla, hökumətlə əlaqədar olan digər iki nəfər İsrailin xüsusi xidmət orqanlarının alimlərin yeməyini zəhərlədiklərini iddia edirlər. Bundan əlavə, “Nyu-York Tayms”ın qeyd elədiyinə görə, İsrail mətbuatı Ağamollayinin İranda, Natanzedəki nüvə obyektində işlədiyini xəbər verib. Geoloqun dostları isə alimin özəl geoloji tədqiqat irkətində işlədiyini iddia edirlər.

“Nyu-York Tayms”ın jurnalistləri mərhumun hökumətə bağlı olduğunu və hərbi layihələrdə iştiral elədiyini isbat edə bilməyiblər. Ailə üzvləri Ağamollayinin ürəktutmasından vəfat elədiyini bildiriblər. İndi isə onlar bir şeydən ehtiyat edirlər - əgər o hökumət üçün çalışıbsa, onun nəşrinin tibbi ekspertizasının nəticələri ailə üzvlərinə açıqlanmaya bilər.

Aeropavtika üzrə doktorluq dərəcəsini almış Entezari Yəzd şəhərindəki dövlət aerokosmik mərkəzində raket və təyyarə turbinləri ilə bağlı layihələrin üzərində işləyib. Yəzd şəhərində dəvət edildiyi nahardan sonra onda qida zəhərlənməsi əlamətləri – güclü ürəkulanma və diyareya halları baş verib. Naharın təşkilatçısı isə yoxa çıxıb. Dostunun qəzetə verdiyi açıqlamaya görə, alim bir neçə gün əziyyət çəkib, sonra isə orqanları işləməyib. Yəzd rəhbərliyi Entezarinin ailəsinə göndərdiyi başsağlığı məktubunda onu “şəhid” adlandırsa da, sonradan bu söz daha işlədilməyib, yerli prokurorluq isə Entezarinin “sənaye şirkətinin adi əməkdaşı” olduğunu bildirib.

“Nyu-York Tayms”ın yazdığına görə, son iki həftə ərzində İranın azı üç nəfər mühüm fiquru həlak olub: İran İnqilabı Keçikçiləri Korpusunun iki zabiti (biri atışmada həlak olub, digəri isə “şübhəli” şəkildə eyvandan yıxılıb) və Müdafiə Nazirliyinin mühəndisi (dron hücumu ilə öldürülüb).

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya