İkardi "Qalatasaray" üçün bu fədakarlığı etməyə hazırdır - DETALLAR

"Qalatasaray" Mauro İkardini PSJ-dən birbaşa transfer etmək istəyir.
Hurriyyet.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisi futbolçunu satmağı planlaşdırır. "Cim-Bom" argentinalı hücumçu üçün 15 milyon avro ödəməyə hazırdır.
Xəbərin davamında bildirilir ki, Super Liqada 8 oyuna 5 qol və 4 assistə imza atan Mauro İkardi "Qalatasaray" üçün fədakarlıq etməyi düşünür. Ulduz futbolçu PSJ-dən ayrılıb, Parisdəki böyük məbləğlu maaşından imtina etməyə hazırdır. İkardinin "Qalatasaray"da xoşbəxt olduğu və komandada qalmaq istədiyi bildirilir.
Qeyd edək ki, icarə əsasında "Qalatasaray"da çıxış edən İkardinin müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır. Futbolçunun PSJ ilə anlaşmasının müddəti 2024-cü ilin yayına qədərdir. \\Offsideplus.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya