III Çarlzın vəziyyəti açıqlandı
2024-09-07 23:29:49
"Xərçəngdən əziyyət çəkən Böyük Britaniya Kralı III Çarlzın vəziyyəti müsbət dinamika göstərir”.
Bu barədə “PA Media” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, kralın səhhəti yaxşılaşır. Bildirilib ki, sağlamlığı onun üçün əsas prioritet olaraq qalır.
Bundan əlavə, qeyd olunub ki, kral xəstəliyinin ilk günlərindən ictimai vəzifələrini maksimum dərəcədə yerinə yetirməyə çalışıb və bununla da daha çox şeyə qadir olduğunu sübut edib. \\Ölkə.az