II Qarabağ müharibəsi iştirakçısına veteranlıq verilmir - “İCRA BAŞÇISINA İŞ ÜÇÜN DƏ MÜRACİƏT ETDİM, DEDİ, MƏNİM ÜÇÜN DÖYÜŞMƏMİSƏN Kİ…”

2022-12-22 14:42:00

II Qarabağ müharibəsi iştirakçısına veteranlıq verilmir - “İCRA BAŞÇISINA İŞ ÜÇÜN DƏ MÜRACİƏT ETDİM, DEDİ, MƏNİM ÜÇÜN DÖYÜŞMƏMİSƏN Kİ…”

Ağdam rayonu, Çəmənli kənd sakini Sadıqov Sadiq Əlövsət oğlu  tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, II Qarabağ müharibəsinin iştirakçısı olub, amma bu günə kimi veteranlıq statusu ala bilməyib.

“Mən, Sadıqov Sadiq Əlövsət oğlu, II Qarabağ Vətən Müharibəsində iştirak etmişəm. Suqovuşan və Kəlbəcər istiqamətlərində gedən döyüşlərə qatılmışam. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev məni “Cəsur döyüşçü” medalı ilə təltif etmişdir.

Lakin 2 ildir veteranlıq kitabçamı ala bilmirəm. Cənab Prezidentin təltif etdiyi medalı göstərsəm də, xeyri olmur. Bu günə kimi nə veteranlığım verilir, nə də İcra Hakimiyyəti məni işlə təmin edir.

İşsizəm, 3 uşağım var, “məni işlə təmin edin” desəm də “iş yoxdur” deyirlər.

Dedim ki, “cənab başçı, 44 günlük müharibədə iştirak etmişəm, buna xatir məni işlə təmin edin”. Cavab verdi ki, “mənim üçün döyüşməyibsən ki, özün üçün döyüşmüsən”. Mən belə bir cavabın qabağında neynəməliyəm?

Sizlərdən xahiş edirəm bu məsələni işıqlandırın, bəlkə tapşırıq verilə, işlə təmin edələr”.

Ağdam rayon İcra Hakimiyyətinə zəng vurub məsələni araşdırmaq istəsək də, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.166235