İftardan dərhal sonra siqaret çəkmək olarmı? - Kardioloqdan xəbərdarlıq

2022-04-16 20:27:00

İftardan dərhal sonra siqaret çəkmək olarmı? - Kardioloqdan xəbərdarlıq

Ramazan ayında oruc tutan və siqaret asılılığından əziyyət çəkənlərin infarkt keçirmək riski böyükdür. Bunun səbəbi orqanizmin uzun fasilədən sonra siqaret dumanına məruz qalmasıdır. İftardan sonra çoxlu siqaret çəkməyin iflic, beyində qansızma, ritm pozuntusu kimi bir çox ciddi xəstəliklərə səbəb ola bilər.

Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Günay Məmmədova “Həkim məsləhəti” rubrikasında “İftardan sonra ard-arda çəkilən siqaretin sağlamlığa ziyanı" barədə danışıb.

Oruc tutarkən insan 15-16 saat ərzində siqaretdən imtina etməli olur. Həmin vaxt orqanizmdə oksigenin səviyyəsi artır və insan özünü daha gümrah hiss edir. İftardan sonra ard-arda çəkilən siqaret orqanizmdə oksigen səviyyəsinin kəskin şəkildə düşməsinə səbəb olur və böhran təsiri yaradır. Bir siqaretin tərkibində təxminən 0,5 milliqram nikotin var və nikotinin beyinə çatması üçün 15 saniyə vaxt lazımdır. Siqaret spazm, nikotin zəhərlənməsi kimi fəsadlara səbəb olur.

Başgicəllənmə, halsızlıq, ürəkbulanma, bağırsaq hərəkətlərində artım, qusma və ishal kimi vəziyyətlər nikotin zəhərlənməsinin əlamətləridir. Siqaret tüstüsünün tərkibində karbon monooksid qazı var. Bu isə kəskin damar spazmasına və bunun nəticəsində miokard infarktına aparıb çıxara bilər. Uzun illər siqaret asılılığı olanların onu birdən-birə tərgitməyi mümkün deyil, yəni bir müddət sonra onlara mütəxəssis köməyinə ehtiyacı yaranır.

Ramazan ayı pis vərdişlərdən əl çəkmək üçün çox gözəl fürsətdir. Bu fürsətdən istifadə edib sağlamlığın qeydinə qalmaq barədə düşünmək lazımdır. \\Ölkə.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya