İdmançının meyiti uzun axtarışlardan sonra dağıntılar altından tapıldı - VİDEO

2023-02-06 21:39:00

İdmançının meyiti uzun axtarışlardan sonra dağıntılar altından tapıldı - VİDEO

Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan "Yeni Malatyaspor" klubunun qapıçısı Ahmet Eyüp Türkaslan həyatını itirib.

Hurriyyet.Az APA-ya istinadən xəbər verir ki, bu barədə klubun keçmiş prezidenti Adil Gevrek məlumat verib.

O bildirib ki, Ahmet Eyüp Türkaslanın həyat yoldaşı dağıntılar altından sağ çıxarılsa da, futbolçu üçün bu mümkün olmayıb.

Uzun axtarışlardan sonra onun cansız bədəni dağıntılar arasında tapılıb.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.755255