İDMAN MÜƏLLİMLƏRİNİN İMTAHANINDA MUSİQİYƏ AİD SUALLAR VERİLİB - "Bədən tərbiyəsi müəllimlərinin işə qəbulu yenidən keçirilisin"
Bakı şəhəri, Lokbatan qəsəbəsində yerləşən 233 saylı orta məktəbdə idman müəllimi işləyən Babayev Məhərrəm Kamran oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. MİQ-in imtahanından şikayət edən M.Babayev deyir ki, ona idmanla heç bir bağlantısı olmayan, musiqiyə aid suallar düşüb:
"İş yerim yaşadığım əraziyə uyğun olmadığına görə, bu il müəllimlərin işə qəbulu imtahanında iştirak etmişəm. İmtahan Mingəçevir şəhərində keçirilib. İmtahanlara salınan sualların çətinliyindən şikayət edir və Bədən tərbiyəsi müəllimi olaraq imtahanın yenidən keçirilməsini istəyirəm. Çünki imtahanda mənə düşən suallar musiqi proqramına uyğun idi.
Sizin saytınız vasitəsilə Təhsil Nazirliyinin rəhbərliyinə müraciət edirəm ki, Bədən tərbiyəsinə aid suallar yoxlanılsın və idman müəllimlərinin işə qəbulu yenidən keçirilisin".
Hurriyyet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.