Saat:03:45
Haqqımızda

İDMAN GÖZƏLLİKDİRMİ?.. – Allahverdi Eminov yazır

2024-04-22 13:41:06

İDMAN GÖZƏLLİKDİRMİ?.. – Allahverdi Eminov yazır

Suala müsbət cavabı Sovet dönəmində aldığımı xatırlayıram. Sistem uşaq­la­rın və gənclərin beyninə işləmişdi ki, İdman sağlamlıqdır, insanı gumrahlaşdırır, cə­surlaşdırır, iradəli edir və sair. Bu, həqiqətdir! İdman hərəkətdir, orqanizmi xəs­təliklərdən qoruyur, ürəyin ritmini normallaşdırır. Bunu klassik pedaqoqlardan J.J.Russo, A.A.Komenski, Con Lokk da etiraf etmişlər. Hələ eramızdan əvvəl Aris­totel “Poetika” əsərində yazmışdır ki, gözəllik, sağlamlıq istər müəyyən bir canlıda və ya şeydə məlum hisslərdən ibarətdirsə onda gərək bu hisslər nəinki müəyyən nizam­da, həmçinin münasib həcmdə olsun.

Gözəllik nizamdadır. Mən ali məktəb­lər­də çalışdığım: Otuz il dərs dediyim illərdə də bu mövqeyimdə qalmışam. Lakin vaxt yetişdi “idman – gözəllikdir” anlayışı əvvəlki qüvvəsini itirdi, əsas günah So­vet qanunlarına qarşı yaranan biga­nəlik, saymazlıq və ciddi təsir altına düşməkdir. Baxılan kinofilmlər, translasiya olunan idman yarışları, xarici ölkələrə səfərlər və s. qazanılan müstəqillik idmanda öz mənfi izini əsaslı şəkildə göstərdi, xüsusilə, qa­dın idmançılara tətbiq olunan növ­lər geniş vüsət aldı. Deyək ki, qadınlara sərt id­man oyunları qadağan edilmişdi, karate, boks, cüdo xüsusilə nəzarətə alınmışdı. Ya­rışlar kütləviləşməmişdi, tatami üzərinə ayaq açmamışdı, beynəlxalq yarışların gün­dəliyinə düşməmişdi. XXI əsr öz gəlişi – girişilə bir sıra bəlalar gətirdi, insan­ların psixologiyasına ciddi həmlələr etdi, “Mədəni davranış” stixiyasını pozdu, qəd­darlıq, amansızlıq, hövsələsizlik və s. adiləşdi. İş o yerə dirəndi, övlad validey­ni, valideyn isə balasını qətlə yetirdi. Yeniyetmə – gənclər sərbəstlik həvəsilə bö­yük­lərə qarşı kobudluğa, ötkəmliyə, la­qeyd­liyə yol verdilər. Sinifdə şagirdlər müəl­liminin “uşaqlar, sakit olun” xahişinə əhəmiyyət vermədilər, icazəsiz əyləş­diyi partadan durub başqa skamyada oturdular. Hövsələsiz şagirdlər yerindən atılıb lövhəyə tərəf getdilər və ilaxır. Bu qeyri normal davranışlar bu gün məktəb­lə­ri­mizdə adiləşmişdir. İdman müəllimləri öz gücünü şagirdinə tətbiq etməkdən belə, da­şınmırlar. Son illər bu hal məktəblərimizdə tez-tez baş vermişdir. Mətləbə qa­yıdıram: İdmanın sərt növləri nəinki cavan kişilərdə, hətta qızlarda (qadınlarda) adi vər­dişə çevrilmişdir. Rəsmi yarışların proqramına karate, cüdo, güləş, boks, futbol id­man oyunları daxil edilmişdir. Bəlkə də özümü qınaq hədəfinə verirəm: “Azəri – türk qızlarının belə “amansız” oyunlara kütləvi şəkildə qoşulmasını qeyri – məqbul sa­yıram. Xarici qızların belə sərt oyunlarda iştirakına adi baxmaq mümkündür və tele – ekranlara baxanda yarışan qızların aqibətinə ikrahla yanaşıram. Görünür, be­lə idman növlərini proqrama daxil edən qurumlar üçün qadın gözəlliyindən zövq almaq yox, tatami üzərində eybəcər səs çıxarmaq, qışqırmaq, rəqibinin üstünə vəh­şi­cəsinə atılmaq zövq verir. Qadının gözəlliyini şərtləndirən əlamətlər çoxdur: on­ların saç­ları, dodaqları, sinələri, qolları, ətli əlləri, simmetrik baldırları və s. tarixən kişiləri özünə bağlamışdır, deyərdim “əsir” etmişdir, məhəbbət hissi oyatmışdır. Vax­tilə yazmışdım ki, qadın (qız) dibçəkdə bitmiş çiçək kimidir, onu vaxtaşırı su­lamaq lazımdır. Bəli, qız yuxuda da gözəl görünmək istər. Sərt oyunlar qızları gö­zəl­lik taxtından – qadınlığından endirir, onun sanki xarakterini dəyişdirir, kişiləş­dirir, axı, kişi qadın deyil ki, bər – bəzəkli görünsün, belə “qadınlaşan” kişiləri zərif xa­nım­lar sevmir! Futbol, boks, ağırlıq qaldıran, əzələ nümayiş etdirən və s. idman növ­lərinin öhdəsindən gələn qızların “fədakarlığı” alqışa layiq deyil, bunlar zərif cin­sə xas olmamalıdır. Bunlar qadın məxluquna yaraşmır, estetikadan daha çox sen­sasiyaya uymaqdır. Amma bədii gimnastikanı qadına nə qədər yaraşdırı­rıqsa, bir qədər zərif cinsin ağır idman növlərinə qoşulmasını məqbul saymırıq, məqsə­də­uyğun hesab etmirik.

Budur 18-20 yaşlı qız tatami üzərində görünür, karate (yaxud cüdo yarışıdır) hər iki rəqibi bir-birinə “düşmən” edir, bir-birinə amansız (!) zərbələr endirirlər, hər zərbədə qıza yaraşmayan çığırtılar eşidilir. Deməli, Oyun qızlara xas titrək, xoş, həlim səsi boğmuşdur, ahəngindən çıxarmışdır. Beləcə, idmandan uzaqla­şan­dan sonra, ana olandan sonra onun qazandığı nə olacaqdır? Üzr istəyirəm: kobud­laş­mış qadın səsi! Qadın səsi kişilərdən fərqli olaraq məlahətilə seçilməlidir, dinlə­yiciyə xoş təsir bağışlamalıdır. Səs fəryad deyil rəqibini lərzəyə salsın...

Budur, iki növcavan qız tatamiyə çıxmışlar, güləşirlər. Birisi həmkarını üstə­lə­mişdir, yerə sərmişdir, o isə hey çabalayır, çırpınır, qılçalarını havada oynadır ta­ma­şaçılar qarşısında. Bəs oyuna baxanlar bu qeyri – normal, etikadan kənar hərə­kət­lərdən zövq alırlar? Bu zövq deyil, cavan, zərif qızın xalça üzərində kobud­laş­mış hərəkətidir, o, sürünür, çırpınır qızın – gələcək ananın bədənini haldan hala sal­ması nəyi vəd edir? Bu, ancaq fiziki hərəkətdir, bəs daxilən, ruhən hansı hissləri keçirir? Təsəvvür etmək çətindir...

Budur, 22 qız stadionda görünürlər, futbol oynayırlar, topa zərbələr endi­rir­lər, sanki bu zaman kişiləşirlər. Axı, bu qızlar zərif məxluqlardır, onlar isə fənd iş­lə­dir, torpağa sərilir, ayaqları zədələnir, saçları səliqəsini itirir və ilaxır. Məşhur fut­bolçu Pele “qadın futbolu”nu eşidərkən çiyinlərini çəkib demişdir: “Qadınlar öz tə­biətləri etibarilə zərif və kövrəkdilər, futbol kişilər üçün yaranmışdır”. Paradoks o ol­du: Pelenin qızı dünyada məşhur futbolçu oldu!

Gözəlliyə xələl gətirmək günahdır, qadın xüsusilə, təbii – fiziki gözəlliyi qo­ruyub saxlamalıdır, bu gözəllik onun yaradıcılıq zirvəsidir. V.Şekspir əbəs demə­miş ki, gözəllik danışmağa başlayanda bütün natiqlər susur...

Budur, iki zərif qız rinqə çıxmışlar, qəşəng əlləri əlcəkdədir,barmaqlar sanki don­muşdur. Rəqiblər bir-birinə yumruq atırlar, zərbə rəqibin qaşını partladır, göz­lə­ri qapanır. Dodaqlarından qan sızır. Düzü, qızların boks döyüşlərinə baxanda ürə­yim ağrıyır, xüsusilə, şərqli qızların, müsəlman ailəsində doğulan və tərbiyə alan­ların belə eybəcər hala düşməsini bağışlaya bilmirəm. Daha Qərblə Şərqin fərqi ha­rada qaldı? Amansız təkbətək döyüşdə gözəlliyi, məlahətliyi, sağlamlığı özündə eh­tiva edən üz – çöhrəsi nə vaxt sağalacaqdır? Belə qızlar unudur ki, sabah bir oğ­lanın sevgisi ola bilər, birisi gün isə Ana, övlad sahibi.

Boks döyüş növüdür, iki tərəfin əlbəyaxa mübarizəsidir, gözəlliyi rinqdə itir­mək deyil!

Qızlar (qadınlar) üçün məgər azmı idman növləri vardır: volleybol, gimnas­ti­ka, basketbol, tennis, əltopu, dama, şahmat və s. bunlar da sağlamlığa zəmanət ve­rir, gözəlliyi qoruyur, qadın vücudunu simmetriyasını – ahəngini saxlayır. Qızlar – gə­ləcək qadınlar – analar şöhrətpərəstliyə, mukafatlara, vəzifələrə aludə olub sərt, deyərdim ki, amansız döyüş ruhlu idman növlərindən uzaq olmalıdır, indiki – möv­cud məlahətin qayğısına qalmalıdır, xalçada, rinqdə, meydanda zərifliyini itir­mə­məlidir, elastik bədənini ikrah doğuran vəziyyətlərə gətirməməlidir. Vaxtilə, Şərq­də qızların fiziki tərbiyəsi diqqət mərkəzində olmuşdur: at çapmışlar, şahmat oy­namışlar, qılıncla məşq etmişlər və sair oyunlar onları bir növ düşmənlə döyüşə ha­zırlıq məqsədi daşımışdır, intellektuallığa xidmət göstərmişdir, tamaşaçılar es­te­tik zövq almışlar, daha qızların gözəlliyinə xəyanət edən idman oyunlarına rəvac ver­məmişlər.

Qadın məxluqu var olan məkanda yalnız gözəllik barədə düşünməliyik, qa­dını solmağa, məlahətini itirməyə imkan verməməliyik. Onun sağlam çöhrəsi gül lə­çəyinə bənzər, onu yarpaqla vursaq, bu, qadını təhqir etmiş olarıq.

Məşhur Şərq şairi Naseh (1865-1914) bir şeirində yazmışdır:

 

Qadın bir jalədir kim, düşsə

gül üstə olur incu,

Əgər nacis ələ düşsə olur

bir cəfa tək bədbu.

Qadın bir tək gülə bənzər –

sıxılmaqdan solar gül tək,

Zərif əllərdə saxlansa

soluxumaz, həm verər xoş bu.

Sual cavabımda yanılmamışam ki!?

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.178424