Saat:09:09
Haqqımızda

İddia: “Rusiya ilə müharibəyə hazırlaşırlar”

2021-09-23 17:14:00

İddia: “Rusiya ilə müharibəyə hazırlaşırlar”

Hurriyyet.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “Biznes İnsayder” (Business Insider) analitik mərkəzi ABŞ Hava Qüvvələrindəki pilotlara Rusiya və Çin ilə müharibə ehtimalına qarşı təlimlər keçirildiyini bəyan edib.  

Məqalənin müəllifi Stavros Atlamazoglou bərabər qüvvəyə malik düşmənlə baş verə biləcək toqquşmada ABŞ-ın kabus kimi ssenari ilə qarşılaşacağını iddia edib.

Düşmən ölkənin zərbəsinin hərbçilərin və ya silahların böyük bir hissəsini zərərsizləşdirə biləcəyini qeyd edən Atlamazoglou bu səbəbdən ABŞ HQ-nin öz qüvvələrini hava bazalarından kənardakı nöqtələrə səpələmə təlimlərini keçdiyini yazıb.

Avqust ayında Miçiqanda keçirilən “Northern Strike 21” təlimində bir hərbi təyyarənin avtomobil yoluna endiyini xatırladan Atlamazoğlu, bu manevrlərin məqsədinin pilotları çətin ərazilərdəki ani əməliyyatlara hazırlamaq olduğunu vurğulayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR