İDDİA: Putinin sevgilisi hamilədir

2022-05-10 20:04:00

İDDİA: Putinin sevgilisi hamilədir
Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayevanın hamilə olmasına dair iddialar yayılıb.
69 yaşlı Putinin olimpiya gimnastı Alina Kabayevadan ən azı iki uşağının  olduğu deyilir. Lakin medianın yazdıqlarına görə, bu rəqəm arta bilər.
 
Rusiyalı siyasi ekspert Valeri Solovyevin fikrincə, Putinin son vaxtlar diqqətinin  yayınmasının səbəblərindən biri 38 yaşlı Kabayevanın hamilə olduğunu öyrənməsi olub. Solovyevin xəbəri Rusiyanın məşhur “GeneralSVR” xəbər kanalında da paylaşılıb. Yerli mətbuatın yazdığına görə, Kabayevanın hamiləliyi müharibə və sanksiyalar kimi qeyri-adi vaxta təsadüf edib və bu, planlaşdırılmayıb. Bu xəbər Putinin məyusluğuna səbəb olub.
 
İddialara görə, Putin və Kabayevanın ilk oğulları 2015-ci ildə İsveçrədə, ikinci oğulları isə 2019-cu ildə Moskvada dünyaya gəli. Lakin bu xəbərlər heç vaxt təsdiqlənməyib.
 
Qeyd eedək ki, V.Putinin rəsmi olaraq iki qızı var. Birinci həyat yoldaşı Lyudmila ilə övladlarından olan Mariya 37, Katerina isə 35 yaşındadır. \\Şərq.az

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya