Saat:04:21
Haqqımızda

İddia: Paşinyan Putinin andiçmə mərsimində və qələbə paradında iştirak etməyəcək, lakin mayın 8-də Rusiyada olacaq

2024-04-29 16:49:27

İddia: Paşinyan Putinin andiçmə mərsimində və qələbə paradında iştirak etməyəcək, lakin mayın 8-də Rusiyada olacaq

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də, Moskva vaxtı ilə saat 12.00-da keçiriləcək. 
"MediaHub" portalına məlumat verən mənbənin sözlərinə görə, hazırda Ermənistanın Baş naziri Nikol Paşinyanın həmin mərasimdə iştirak etməməsi qərara alınıb. Bununla da, Ermənistan Rusiyadan müttəfiq kimi narazı qaldığını bir daha nümayiş etdirmək niyyətindədir.
Mənbənin sözlərinə görə, Paşinyan Rusiyada yalnız mayın 8-də, Avrasiya İqtisadi İttifaqının 10 illik yubileyi sammitində iştirak üçün səfər edəcək. 
Paşinyanın 9 May faşizm üzərində qələbə günü münasibətilə təşkil edilən tədbirlərdə də iştirak etməyəcəyi və bunun Qərbin tələbi olduğu deyilir.
Hürr Tərcüman 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.237625