İddia: “Mossad” İranda əməliyyat keçirdi, generalın müavini hər şeyi etiraf etdi”

2022-07-22 14:17:00

İddia: “Mossad” İranda əməliyyat keçirdi, generalın müavini hər şeyi etiraf etdi”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, xarici mətbuatın yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun komandirini İrandan İraq, Suriya, Yəmən və Livana silah göndərildiyini eitraf eləməyə məcbur ediblər. İsrailin “Mossad” xarici kəşfiyyat xidmətinin xüsusi agentləri İranda İnqilab Keşiçliləri Korpusunun komandirlərinin birini – yüksək məqama malik Yadulla Xidmətini qaçıraraq dindiriblər. O, İrandan İraq, Suriya, Yəmən və Livana silah göndərildiyini eitraf edib. Bu barədə xəbəri Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən və mərkəzi ofisi Londonda yerləşən “Iran International” nəşri yayıb.

Xidməti İnqilab Keşikçiləri Korpusunun logistika məsələləri üzrə briqada generalının müavinidir.

Iran International” nəşrinin iddiasına görə, özünü İnqilab Keşikçiləri Korpusunun komandiri Xidməti kimi təqdim edən iranlı zabitin dindirilməsinin videoyazısı var. Qeyd edək ki, videonun xəbəri çıxsa da, özü göstərilməyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058570