Saat:07:12
Haqqımızda

İddia: "Meksikanın Ekvadordakı səfirliyinə hücum ABŞ ilə razılaşdırılıb"

2024-04-09 08:00:00

İddia:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro Meksikanın Kitodakı  səfirliyinin Ekvador polisi tərəfindən hücumla ələ keçirilməsi əməliyyatının ABŞ dövlətinin razılığı ilə aparıldığını bəyan edib.
Maduro Venesuela televiziyasına müsahibəsində Ekvador lideri Daniel Noboanı "daima manipulyasiya edən və utanmadan yalan danışan bir nömrəli ekstremist" adlandıraraq deyib: "(Ekvador Prezidenti Daniel) Noboa ayaqyoluna da ABŞ səfirliyinin icazəsi olmadan getməz. Meksika səfirliyinin ələ keçirilməsi göstərişini ABŞ hökumətinin razılığı və koordinasiyası ilə verib, buna şübhə yoxdur. Noboa barbacasına Meksika səfirliyinə hücum edib və siyasi sığınacaq almış şəxsi oğurlayıb".
Maduro Meksika xalqını və Prezident Andres Manuel Lopes Obradoru dəstəklədiyini və onlarla həmrəy olduğunu bildirib.
Xəbər verdiyimiz kimi, Ekvador polisi Meksikanın Kitodakı səfirliyində əməliyyat keçirərək Ekvadorun eks-prezidenti Xorxe Qlası yaxalayıb. 
Bir müddət əvvəl Meksika dövləti Qlasa siyasi sığıncaq vermiş, siyasətçi də Meksikanın diplomatik nümayəndəliyinin ərazisində gizlənmişdi. Meksika səfirliyinə hücum zamanı asayiş keşikçilərinin bir qismi səfirliyin ərazisinə avtomobillərlə, bəziləri isə hasardan keçərək daxil olmuşdular. Xorxe Qlas səfirlikdən çıxarılaraq polis tərəfindən zirehli avtomobildə aparılmışdı.
Hürr Tərcüman

Полиция Эквадора ворвалась в здание посольства Мексики: страны могут  разорвать дипломатические отношения ᐈ новость от 11:38, 06 апреля 2024 на  zakon.kz

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229940