İddia: ABŞ kəşfiyyatının başçısı Səudiyyə Ərəbistanına gizli səfər edib

2022-05-04 08:50:00

İddia: ABŞ kəşfiyyatının başçısı Səudiyyə Ərəbistanına gizli səfər edib

Hurriyyet.az xəbər verir ki, Qərb mətbuatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency, CIA) başçısının məxfi şəkildə Səudiyyə Ərəbistanına səfər eləməsi barəsində məlumat yayıb. MKİ rəhbəri Vilyam Bernsin aprel ayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə gizli görüş keçirdiyi bildirilir.  “Voll Strit Cornel” (Wall Street Journal ) nəşri Vaşinqtondakı və Əl-Riyaddakı anonim mənbələrə istinad edərək, danışıqların mövzusunun ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə yaranmış böhranın həlli olduğunu bildirir.

Nəşrin yazdığına görə, bu səfər Vaşinqtonun Ər-Riyad ilə münasibətləri bərpa eləmək cəhdi fonunda baş tutub. ABŞ Səudiyyə Ərəbistanını “Yaxın Şərqdə təhlükəsizlik sahəsində əsas tərəfdaş” hesab edir. Xəbərdə qeyd edilir ki, Berns şahzadə ilə görüşmək üçün sahildə yerləşən Ciddə şəhərinə gedib – Səudiyyə rəhbərliyi müqəddəs Ramazan ayının çox hissəsini bu şəhərdə keçirib.

Danışıqların təfərrüatları açıqlanmır. Lakin mənbələr güman edirlər ki, gündəmdə neft hasilatı, RF-nin Ukraynadakı hərbi əməliyyatları, İranın nüvə proqramı, Yəməndəki silahlı münaqişə məsələləri olub.

Anonim mənbə “Voll Strit Cornel”ə açıqlamasında bu səfərki ikitərəfli danışıqların keçmişdəkilərdən daha yaxşı ovqatda keçirildiyini söyləyib.

Bu ilin aprelində dünya mətbatında yayılan xəbərlərdə ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin Rusiya-Ukrayna müharibəsi başlanandan sonra ən gərgin həddə çatdığı bildirilirdi. “Voll Strit Cornel”in yazdığına görə, dünya bazarına enerji daşıyıcıları tədarükündə yaranmış problemlərlə əlaqədar Ağ Ev bazarda qiymətləri ucuzlaşdırmaq və Rusiyanın hərbi əməliyyatını maliyyələşdirməsinin qarşısını almaq üçün Ər-Riyaddan neft hasilatını azaltmağı  tələb edibmiş. Lakin krallıq bu tələbi rədd edib.

Həmçinin, iddia edilirdi ki, Səudiyyə Ərəbistanı “ABŞ-ın sanksiyaları altında olan vəzifəli Rusiya məmurlarından birini” qəbul elədiyi üçün “zaman qalmadığı” səbəbindən Pentaqon rəhbəri Lloyd Ostinin Ər-Riyada səfərini təxirə salıb. Rusiyalı məmurun kimliyi barəsində isə açıqlama verilməmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya