İdarəetməni itirən yük avtomobili qəza törətdi: Xəsarət alan var - FOTO

2023-09-12 00:12:49

İdarəetməni itirən yük avtomobili qəza törətdi: Xəsarət alan var - FOTO

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb.

Hadisə “Chevrolet Aveo” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub.

Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb.

Hadisədə minik avtomobilinin sürücüsü xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Mənbə: APA 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136208