İctimai təşkilat sədri ilə Qafqaz əsilli Yəhudilərin Ümumisrail assosiasiyasının sədri arasında görüş baş tutub

01.02.2023-cü il tarixində "Vətən Naminə" inkişafa doğru ictimai birliyinin sədri Emin Babayev və Qafqaz əsilli Yəhudilərin Ümumisrail assosiasiyasının sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru Pavel Elizarov arasında görüş keçirilmişdir.
Görüş zamanı Pavel Elizarov Emin Babayevi "Azərbaycan və İsrail arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə verdiyi töhfələrə görə" fəxri fərmanı ilə təltif etmişdir. Emin Babayev ona göstərilən diqqətə görə qarşı tərəfə minnətdarlığını bildirmiş, bundan sonra da Azərbaycan və İsrail münasibətlərinin daha da sıx olması üçün əlindən gələni edəcəyini demişdir. Hər iki tərəf elmi, iqtisadi, mədəni və humanitar sahələrdə birgə addımların atılmasının vacibliyini xüsusi vurğulayıblar. Təkliflərin həyata keçirilməsi üçün tədbirlər planının hazırlanması qərara alınıb.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya