İctimai Şuranın üzvü: "Qala-bazar hamamının satışa çıxarılması ilə bağlı yayılan informasiyalr həqiqəti əks etdirmir"— FOTOLAR

2022-09-06 21:17:00

İctimai Şuranın üzvü:

Şamaxı şəhəri Üzeyir Hacıbəyli küçəsində yerləşən “Qala-Bazar” hamamının satışa çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Hurriyyet.az bildirir ki, bu barədə Pravda.az-a Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Anar Həbibov bildirib.

 
A.Həbibov qeyd edib ki, “Köhnə hamam” binası ərazisində 2019-cu ildə Şamaxı Rayon İcra Hakimiyyəti  tərəfindən əsaslı təmizlik işləri aparılıb:

 “Həmin hamamın  “Dövlət tərəfindən mühafizə olunan abidələr”in siyahısına daxil edilməsi üçün müvafiq qaydada müraciət edilib. Ümumiyyətlə isə, Rayon İcra Hakimiyyətinin Şamaxı şəhər nümayəndəliyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları qeyd olunan əraziyə mütəmadi olaraq baxış keçirir və nəzarətdə saxlayırlar. 2019-cu ildə Şamaxı Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev fondunun dəstəyi ilə Şamaxıda Şaxəndan türbəsi təmir olunub. Erik Pumer tərəfindən skan olunan Gülüstan qalasının 3D modeli yaradılıb ki, bu da gələcəkdə qalanın bərpası üçün aparılacaq ciddi tədqiqat işlərinə töhfəsini verəcək. Xüsusilə qeyd etmək istərdim ki, 2020-ci ildə Avaxıl kəndində aparılan arxeoloji tədqiqatlar zamanı Sufi Xəlvətilik məktəbinin banisi Seyid Yəhya Bakuvinin müəllimi Pir Ömər Avaxilinin türbəsi təsdiqini tapıb. 2022-ci ilin yay aylarında  Şamaxının Kələxana kəndində "Kələxana türbələri" kompleksində də arxeoloji tədqiqatlar aparılıb. Hazırda Pir Ömər Avaxilinin və Kələxana türbələrinin yaxın zamanlarda bərpası üçün çalışmalar davam etdirilir. Şəxsən bu abidələrin tədqiqatlarında yaxından iştirak etmişəm”.



Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057957