“İcra məmuru 282 min manat ödənişi qeydə almır” – Tanınmış vəkil Ədliyyə nazirinə müraciət etdi

2022-05-12 15:27:00

“İcra məmuru 282 min manat ödənişi qeydə almır” – Tanınmış vəkil Ədliyyə nazirinə müraciət etdi

Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Bəhruz Bayramov Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

Vəkil müraciətində bildirib ki, müvəkkili N.H-nın ödədiyi 282 min 630 manat vəsait Səbail Rayon İcra şöbəsinin icra məmuru Aslanov Aslan Fuad oğlu tərəfindən qeydə alınmayıb. 

Onun sözlərinə görə, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, 23.08.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borcluya məxsus Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 18, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 15, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi ev 99-da yerləşən 114 kv.m qeyri yaşayış sahəsi borcun qismən ödənilməsi hesabına tələbkara verilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına rəsmiləşdirilməli idi.

Bəhruz Bayramov nazirə ünvanladığı müraciətdə daha sonra bunları bildirib: "Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı 23.08.2017-ci il tarixli İcra sənədi üzrə borclunun nümayəndəsi olaraq Səbail Rayon İcra Şöbəsində icra işində iştirak etmişəm. 17.03.2018-ci il tarixdə Səbail İcra Şöbəsi icraata başladıqdan sonra icra məmurunun razılığı ilə tələbkarın bank hesabına ödənişlər edilib. Ödənişlər 21.04.2018-11.07.2019-cu il tarixləri əhatə edib. Ödənilən məbləğin qəbzləri rəsmi qaydada icra məmuruna təqdim olunaraq və qəbul olunub.

Nümayəndəsi olduğum şəxsin tələbkar qarşısında hər hansı başqa öhdəlik, pul vəsaitinin ödənilməsinə dair icra sənədləri olmayıb. Ödənilən 282.630 manat pul vəsaitini Səbail Rayon İcra məmuru hesaba almır, həmin vəsaitin təqdim olunan qəbzlərinə hər hansı münasibət bildirilmir. İcra məmuru qərarı vəsaitləri borclunun daşınmaz əmlaklarına yönəldir.

Cənab Nazir!

Sizə müraciətimdən sonra ümid edirəm ki, icra işi ilə bağlı baş vermiş bu ciddi qanun pozuntusu araşdırılacaq və bu iş üzrə ədalətli qərar qəbul ediləcək".

"AzPolitika.info"


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya