Saat:06:43
Haqqımızda

İcra hakimiyyətləri ləğv olunur?

2021-12-04 09:14:00

İcra hakimiyyətləri ləğv olunur?

Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə bir neçə gün öncə Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Bu heç də sıradan bir qərar deyildi. Verilən sərəncamı növbəti mərhələdə idarəetmənin Qarabağ modeli çərçivəsində İcra Hakimiyyətlərinin ləğvinə doğru atılan addım da hesab etmək olardı. Əslində, zaman-zaman icra strukturlarındakı hərc-mərclik, rüşvətxorluq və bu fonda həbslər göstərir ki, idarəetmə sistemində müəyyən dəyişikliklərə ehtiyac var. Çünki bu illər ərzində icra hakimiyyəti orqanları yetərincə sınandı və ortalığa qoyulan idarəetmə mexanizmi bəyənilmədi.

Sosial şəbəkə istifadəçiləri icra başçılarına ünvanlanmış tənqidi statuslar paylaşdılar, prezidentə şikayətlər, müraciətlər ünvanladılar. Elə bu səbəbdən sual yaranır ki, Prezidentin Qarabağdakı idarəetmə metodunun bütün ölkə ərazisində tətbiqi reallaşa bilərmi? Ümumiyyətlə, bu metoda ehtiyac varmı?

Ekspertlər deyir ki, ölkədə yeni idarəetmə modelinə keçid baş tutarsa, bu fonda gərək bələdiyyələrin səlahiyyətlərinə yenidən baxılsın. Qardaş Türkiyə modeli buna misal ola bilər. Yəni icra strukturlarının əlində olan bir çox səlahiyyətlər alınmalı və yavaş-yavaş ölkədə yeni modelə keçid təmin olunmalıdır.

Bir sözlə, bu gediş sistemdə dəyişiklik prosesinin başladığına işarədir. Ölkə başçısının yeni model üçün ortaya siyasi iradə qoyduğu da göz qabağındadır. Bu gün Azərbaycanda 11 iqtisadi rayon var ki, hər iqtisadi rayona bir nümayəndə təyin etməklə çevik və şəffaf işləyən idarəetmə sistemi qurmaq olar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR