İcra Hakimiyyəti məscidin tikintisinə mane olur? - AÇIQLAMA

2022-09-09 15:22:00

İcra Hakimiyyəti məscidin tikintisinə mane olur? - AÇIQLAMA

Neftçala rayonu, Bankə qəsəbəsi sakinləri ilə rayon icra hakimiyyəti arasında narazılıq yaranıb.

Sakinlərin açıqlamasında bildirilir ki, Qəsəbənin Cüyür məhəlləsi, Vaqif Ağayev küçəsində yerləşən "İmam Həsən" adlanan məscidinin tikintisinə qurum mane olur.

İbadət evinin qəzalı vəziyyətdə olduğu və vətəndaşların öz hesabına tikintinin həyata keçirdiyi bildirilir.

“Əvvəlki yarım əsrlik məscid qəzalı vəziyyətdə olduğundan və uçma təhlükəsi yarandığından onu söküb yerində elə təxmini həmin ölçüdə, qanuni həyətindən 1 metr də çölə çıxmamaq şərtilə yenidən tikirik. Hansısa ərazini zəbt edib sıfırdan nəsə tikmirik. İşləri elə ibadət evinin öz yerində aparırıq”, - deyə qəsəbə sakini Səmral Quluzadə qeyd edib.

Bildirilib ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Neftçala Rayon Polis Şöbəsinə tikintinin dayandırılmasına müdaxilə ilə bağlı rəsmi məktub göndərilib. Nəticədə isə əraziyə polis əməkdaşları gələrək tikinti işlərini dayandırıb. 

Neftçala rayon İcra Hakimiyyətinin Bankə qəsəbəsi üzrə ərazi nümayəndəsi Tariyel Nağıyev açıqlamasında dedi ki, qurum tikintinin dayandırılmasını, mütəxəssislər tərəfindən baxış keçirilməsini, komissiya rəy verdikdən sonra tikintinin baş tutmasını bildirib: “Lakin əhali bu vaxtı gözləmədi. Rayon tikinti komissiyası tərəfindən tikintinin dayandırılması ilə bağlı məktub yazıldı. Əraziyə dini qurumlardan da gəlmişdilər”. 

Qurum nümayəndəsi bildirib ki, qanun çərçivəsində işlərin görülməsinə ehtiyac vardı:

“Məscidin qəzalı vəziyyəti ilə bağlı icma tərəfindən İcra Hakimiyyətinə rəsmi müraciət olunmalı idi. Bununla bağlı heç bir müraciət daxil olmayıb. Belə müraciət olsaydı, icra hakimiyyəti qanunvericilik sənədlərinin hazırlanmasında və digər məsələlərdə əhaliyə köməklik edərdi. Lakin məscid özbaşına sökülüb və özbaşına tikilib. 

Hər hansı müdaxilə isə qanunvericilik çərçivəsində ola bilər”, - deyə T. Nağıyev əlavə edib.

olke.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056602