İcra başçısının vətəndaşlarla keçirdiyi qəbulda məmurlar mürgülədi - FOTOLAR

2022-04-22 10:14:00

İcra başçısının vətəndaşlarla keçirdiyi qəbulda məmurlar mürgülədi - FOTOLAR

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun növbəti səyyar görüşü rayonun Ruşan kəndində keçirilib.

Hurriyyet.az xəbər verir ki, sosial mediada aktiv olan icra başçısı öz rəsmi səhifəsində vətəndaş qəbulları, görüşlər, görülən işlərlə bağlı daim məlumatlar və şəkillər paylaşır.

Nahid Bağırovun 21 aprel tarixində vətəndaşlarla görüşündə çəkilən fotolar isə qəribə mənzərəni üzə çıxarıb. Belə ki, icra başçısı ilə qarşı-qarşıya oturan məmurlar mürgüləyib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya