Saat:01:00
Haqqımızda

İcra başçısının oğlu general-mayor oldu

2025-12-15 16:46:46

İcra başçısının oğlu general-mayor oldu

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Seymur Taleh oğlu Qaraşova general-mayor ali hərbi rütbəsi verilib.

Hurriyyet.az-ın "Qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, Seymur Qaraşov Fövqəladə Hallar Nazirliyinin daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.

O, 2021-ci ilin noyabr ayından FHN-nin Cənub Regional Mərkəzinin rəis müavini, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəisi olub və hazırda FHN-nin daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.