İcra başçısının müavini vəzifədən uzaqlaşdı – FOTO
2023-01-10 23:20:00

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova tutduğu vəzifədən uzaqlaşıb.
Qeyd edək ki, o 2013-cü ildən etibarən Xaçmaz Rayon İcra Hakimiyyətində çalışıb. Əvvəl sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri başçının müavini, daha sonra icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 2018-ci ildən bəri isə icra başçısının birinci müavini vəzifəsində çalışıb..
İlhamə Nəzərova vəzifədən uzaqlaşmasını 7times.az-a təsdiqləyib. O qeyd edib ki, işdən öz istəyi ilə çıxıb və dövlət qulluquçusu fəaliyyətinə başqa bir sahədə davam edəcək.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya