İcra başçısının bu görüntüləri müzakirələrə səbəb oldu - VİDEO

2022-07-20 14:25:00

İcra başçısının bu görüntüləri müzakirələrə səbəb oldu - VİDEO

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun sosial şəbəkələrdə yayılan görüntüləri müzakirələrə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı ilə görüşən zaman Sevindik Hətəmov onu çəkən şəxsə irad bildirib.

“Çəkmə, çox xahiş edirəm, çəkmə” deyərək görüntüləri lentə alan şəxsə narazılığını bildirib.

Sosial şəbəkə istifadəçiləri isə bu görüntülərin qurma, səmimiyyətdən uzaq olduğunu qeyd ediblər.

Qeyd edək ki, Hətəmov Sevindik Hacağa oğlu 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-cı illdə Güləbird kənd orta məktəbini bitirib. 1980-1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib. 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil alıb. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə “Güzdək” daş karxanasında direktor, 1999-2005-ci illərdə “Güzdək-Günay” firmasında direktor vəzifəsində işləyib.
2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub./Mətbuat.az/

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054868