İcra başçısının birinci müavini istefa verdi

2023-02-25 11:34:00

İcra başçısının birinci müavini istefa verdi

Göygöl Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əliyev Turani Həndəm oğlu vəzifədən azad olunması üçün ərizə yazıb.

O, "Report"un Qərb bürosuna məlumatı təsdiqləyib.

T.Əliyev 65 yaşı tamam olduğuna görə vəzifədən azad olunması üçün ərizə yazdığını bildirib.

Birinci müavin hazırda məzuniyyətdə olduğunu və ərizəsini də təqdim etdiyini söyləyib.

Qeyd edək ki, T.Əliyev 18 il Göygöl Rayon İcra Hakimiyyətində vəzifədə çalışıb. O, bir müddət icra başçısının səlahiyyətlərini də icra edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142292